Bakı və İsmayıllıda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı
şəhəri və İsmayıllı rayonu ərazisində yaşıllıqların qanunsuz
kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat
yayıb.




Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Xəzər rayonu Şüvəlan
qəsəbəsində, Xətai rayonu Qədir Məmmədov küçəsi 54 ünvanında və
İsmayıllı rayonu Sərdəhar və Qaraqaya kəndlərinin yaxınlığındakı
ərazidə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 36
610 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir