Ermənistanda hərbçinin meyiti çaydan tapılıb

Baş səhifə

Ermənistanın Tavuş rayonunda 19 yaşlı hərbçinin meyiti çaydan tapılıb.

“Shamshyan.com”un xəbərinə görə, Erik A. adlı hərbçinin meyiti Getaovit kəndi yaxınlığından keçən Xaçahpyur çayında aşkarlanıb.

İlkin məlumata əsasən, o, ehtiyatsızlıq nəticəsində çaya yıxılıb və bu zaman başı daşa çırpılıb.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir