Goranboyda yol qəzasında 3 nəfər xəsarət alıb

Baş səhifə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Goranboy sakinləri – 2002-ci il təvəllüdlü Ş.Xəlilova, 2020-ci il təvəllüdlü E.Xəlilova və 2023-cü il təvəllüdlü A.Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım edildikdən sonra evə buraxılıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir