“Real” Vinisiusun tələbini rədd etdi

Baş səhifə

“Real Madrid” rəhbərliyi Vinisius Juniorun yeni müqaviləsi ilə bağlı mövqeyini sərtləşdirib.

Metbuat.az xəbər verir ki, Madrid təmsilçisi braziliyalı futbolçuya təqdim etdiyi yeni müqavilə üzrə yekun qərarını verməsini tələb edib. Klubun təklifində maaş artımı nəzərdə tutulmayıb. Məlumata görə, Vinisius hazırkı qazancının artırılmasını istəyir və yeni müqaviləyə yalnız daha yüksək məvacib qarşılığında imza atmağa hazırdır. Lakin “Real Madrid” rəhbərliyi bu tələbi qəbul etmək niyyətində deyil. İddialara görə, tərəflər arasında razılıq əldə olunmasa və Vinisius daha yüksək maaş tələbində israr etsə, “Real Madrid” onu transfer siyahısına çıxarmağa hazırdır.

Qeyd edək ki, Vinisius Juniorun “Real Madrid”ləmüqaviləsi 2027-ci ildə yekunlaşır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir