​Dənizin altında yüzlərlə “canlı” heykəl tapıldı

Baş səhifə

Karib dənizi sahillərində yerləşən sualtı muzeyindəki yüzlərlə heykəl zamanla canlı mərcanlarla örtülərək nəhəng süni rifə çevrilib.

Metbuat.az xəbər verir ki, 2009-cu ildə britaniyalı heykəltəraş və dalğıc Ceyson deKeyrs Teylorun yaratdığı layihənin əsas məqsədi təbii mərcan riflərini turistlərin yaratdığı təzyiqdən qorumaq olub. Hazırda 500-dən çox heykəl 2 mindən artıq mərcan koloniyası və müxtəlif dəniz canlıları üçün yaşayış məkanına çevrilib.

Mütəxəssislər bildirirlər ki, bu üsul turist axınını təbii riflərdən uzaqlaşdıraraq onların bərpasına imkan yaradır. Layihə bu gün dünyada dəniz ekosisteminin qorunması sahəsində ən uğurlu nümunələrdən biri hesab olunur.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir