Azərbaycanın aqrar sektorunda artım qeydə alınıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın aqrar sektorunda yanvar-iyun aylarında artım qeydə
alınıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı
ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial inkişafının
makroiqtisadi göstəriciləri” adlı hesabatında bildirilir ki, cari
ilin yanvar-iyun aylarında Azərbaycanda 7,085 milyard manat
dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub.

Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə real ifadədə 2,2 faiz artıb.




Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin
yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manat həcmində
ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu göstərici 2025-ci
ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artıb.

“Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda yaradılan
əlavə dəyər 0,7 faiz azalaraq 19,610 milyard manat, qeyri-neft-qaz
sektorunda isə 1,5 faiz artaraq 45,596 milyard manat təşkil edib”,
– deyə qurumun məlumatında bildirilir.

Komitənin hesabatına əsasən, cari ilin 1 iyul tarixinə
Azərbaycanın xarici dövlət borcu 4,617 milyard ABŞ dolları təşkil
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir