
Bakı. Trend:
Balakən rayonunda fərdi yaşayış evində uçqun nəticəsində
köməksiz qalan sakinlər xilas ediliblər.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat
yayıb.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Balakən
rayonu, Talalar kəndində fərdi yaşayış evində vətəndaşların
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:
“Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Balakən Rayon Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub. Hadisə yerində
əməliyyat şəraiti qiymətləndirilərkən, fərdi yaşayış evinin giriş
hissəsində qapının və ətrafının konstruktiv elementlərinin uçması
nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən
edilib”.
“Yanğınsöndürən-xilasedicilər tərəfindən evin giriş hissəsində
uçqun nəticəsində yaranan maneələr aradan qaldırılaraq vətəndaşlar
təxliyə edilib”, – deyə məlumatda qeyd edilib.

