
Bakı.Trend:
Braziliyanın Para ştatında 15 yaşlı məktəblinin ad günündə
döşəmənin çökməsi nəticəsində qonaqlar binanın zirzəmisinə
aşıb.
Bu barədə “Need To Know” yazır.
İnsident iyulun 5-də Belen şəhərində baş verib. 230-a yaxın
insan 15 yaşlı Anna Beatrisin ad gününü qeyd etmək üçün banket
zalına toplaşıb. Şənliyin başlamasından 20 dəqiqə keçməmiş
yeniyetmə ilə birgə fotosessiya zamanı döşəmə anidən dağılıb.
Zirzəmiyə 10-dan çox insan düşüb. 11 nəfər ətrafların ciddi
xəsarətlərini alıb. Onların bir çoxunun sümükləri sınıb. Ad günü
olan qızın anası isə baş verənlərdən həyəcanlanaraq huşunu
itirib.
Zərərçəkən ailə ad gününü sözün əsl mənasında alt-üst edən
hadisəyə görə, iaşə obyektə qarşı maddi təzminatla bağlı iddia
qaldırıb.

