Ukrayna Rusiyaya qarşı yeni komandanlıq yaradıb

Baş səhifə

Ukrayna Silahlı Qüvvələrində Rusiya ərazisinə uzaqmənzilli zərbələrin koordinasiyası ilə məşğul olacaq yeni xüsusi komandanlıq yaradılıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Onun sözlərinə görə, yeni qurum Uzaqmənzilli Təsir Komandanlığı adlanır və əsas fəaliyyəti Rusiya ərazisindəki hədəflərə  zərbələr həyata keçirməkdir.

Zelenski bununla yanaşı, Birləşmiş Çevik Reaksiya Qüvvələrinin də yaradıldığını açıqlayıb. Bildirilib ki, yeni struktur hücum qoşunlarını, pilotsuz uçuş aparatlarını, artilleriya bölmələrini və digər qüvvələri bir komandanlıq altında birləşdirərək cəbhədə operativ reaksiyanı təmin edəcək.

Yeni yaradılan Birləşmiş Çevik Reaksiya Qüvvələrinin komandanı Ukrayna Qəhrəmanı, briqada generalı Dmitri Voloşin təyin olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir