İspaniya son dəqiqələrdə vurduğu qolla dünya çempionatının yarımfinalına yüksəlib.

Baş səhifə

Bakı. Trend:

2026-cı il futbol üzrə dünya çempionatının 1/4 final
mərhələsində İspaniya və Belçika yığmaları arasında keçirilən oyun
başa çatıb. Qarşılaşma ABŞ-ın İnqlvud şəhərində yerləşən “SoFi”
stadionunda baş tutub. Oyunun baş hakimi İngiltərədən olan Maykl
Oliver olub. Görüşdə 2:1 hesablı qələbəni “La Furiya Roxa”
qazanıb.

Matçda hesabı 30-cu dəqiqədə İspaniya millisinin
yarımmüdafiəçisi Fabian Ruiz açıb. Belçikanın hücumçusu Şarl De
Ketelare isə 41-ci dəqiqədə hesabı bərabərləşdirib.

İkinci hissədə, 71-ci dəqiqədə belçikalıların qapıçısı Tibo
Kurtua zədə səbəbindən əvəzlənib və onun yerinə meydana Senne
Lammens çıxıb. İspaniyalı yarımmüdafiəçi Mikel Merino 88-ci
dəqiqədə Lammenin səhvindən yararlanaraq komandasını yenidən
hesabda irəli çıxarıb.




İspaniya millisi 14 iyul tarixində keçiriləcək dünya
çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq.

2026-cı il dünya çempionatı iyunun 11-dən ABŞ, Kanada və
Meksikada keçirilir. Turnirin final oyunu iyulun 19-da ABŞ-ın
İst-Raterford şəhərində baş tutacaq. Hazırkı dünya çempionu
Argentina millisidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir