Əlcəzair və Mali münasibətlərin normallaşdırılmasına başlayır

Baş səhifə

Bakı. Trend:

On beş aylıq diplomatik gərginlikdən sonra Əlcəzair və Mali
münasibətlərin yumşalmasına doğru addım atır. İyulun 10-da hər iki
ölkə hava məkanlarını qarşılıqlı şəkildə yenidən açdıqlarını və
səfirlərinin təyinat ölkələrinə qayıdacaqlarını elan edib.

Mali hökuməti Əlcəzairdən gələn və ya bu ölkəyə istiqamətlənən
bütün mülki və hərbi təyyarələr üçün ölkənin hava məkanının yenidən
açıldığını bəyan edib. Hökumət, həmçinin, 2025-ci ilin aprelində
geri çağırılmış səfirinin Əlcəzairə qayıdacağını açıqlayıb.

Bundan bir neçə saat əvvəl Əlcəzair də qonşusunun hava məkanı
ilə bağlı eyni qərarı qəbul etdiyini açıqlayıb. Əlcəzair Müdafiə
Nazirliyinin məlumatına görə, qərar iyulun 10-dan qüvvəyə minib və
Malidən gələn və ya bu ölkəyə gedən bütün beynəlxalq uçuşları əhatə
edir. Mali kimi, Əlcəzair də öz səfirinin bu ölkəyə qayıdacağını
bəyan edib.




Xatırladaq ki, İki qonşu ölkə arasında münasibətlər son illərdə,
xüsusilə 2020 və 2021-ci illərdə Malidə baş vermiş iki dövlət
çevrilişindən sonra hakimiyyətə gələn hərbi xuntanın Əlcəzairi
ölkənin daxili işlərinə qarışmaqda ittiham etməsindən sonra ciddi
şəkildə pisləşmiş və 2025-ci ilin yazında ortaq sərhəd yaxınlığında
Maliyə məxsus hərbi pilotsuz uçuş aparatının vurulmasından sonra
daha da dərinləşmişdi. Əlcəzair dronun onun hava məkanını pozduğunu
iddia etmiş, Mali isə aparatın öz ərazisində olduğunu
bildirmişdi.

Bu insident diplomatik böhrana səbəb olmuş, tərəflər səfirlərini
geri çağırmış, qarşılıqlı olaraq hava məkanlarını bağlamışdı.

Bütün bu fikir ayrılıqlarına baxmayaraq, iki ölkəni ortaq sərhəd
və ümumi təhlükəsizlik maraqları, xüsusilə də Sahel bölgəsində
fəaliyyət göstərən cihadçı qruplara qarşı mübarizə birləşdirməyə
davam edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir