Ötən gün 47 cinayətin üstü açılıb

Baş səhifə

Bakı.Trend:

İyulun 10-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən
bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, ötən gün
axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs
qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Bildirilib ki, ⁠narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən
edilib.




“Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.

Polis əməkdaşlarının iyulun 10-da keçirdikləri əməliyyat
tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq
istintaqa təhvil verilib.

Ötən gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə
üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə
itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti
üzrə təhvil verilib”, – deyə DİN-in Mətbuat xidmətindən əlavə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir