Zakir Həsənov Türkiyə getdi

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Türkiyə Respublikasında işgüzar səfərdədir.

Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, səfər çərçivəsində müdafiə naziri Türkiyə
Respublikasının Milli Müdafiə Universitetinin Müştərək Hərb
İnstitutunda “Müştərək qərargahın idarəedilməsi”, həmçinin Quru
Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri
institutlarında keçirilən “Qərargahın idarəedilməsi” kurslarının
buraxılış mərasimində iştirak edib.




Tədbirdə çıxış edən Türkiyə Respublikasının Prezidenti cənab
Rəcəb Tayyib Ərdoğan məzunları təbrik edib, gələcək xidmətlərində
uğurlar arzulayıb.

General-polkovnik Zakir Həsənov kursları müvəffəqiyyətlə bitirən
azərbaycanlı məzunlara diplomları təqdim edib.

Rəmzi yaş kötüyünə emblemlər vurulduqdan sonra məzunlara
sertifikatlar təqdim edilib. Sonda xatirə fotosu çəkdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir