
Bakı. Trend:
Bu gün paytaxtın 544 küçəsi yuyulub.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən
məlumata görə bu gün, iyulun 11-də Bakı şəhər kommunal xidmətləri
tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı
keçirilən iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə
yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi
həyata keçirilib.
Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin
kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və
qəsəbələrin 544 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə
yuyulması təmin edilib.
Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı
təmizlik işləri Bakı şəhərinin sanitar vəziyyətinin daha da
yüksəldirilməsinə öz tövhəsini vermişdir.

