20 yaşlı futbolçu məşq zamanı öldü

Baş səhifə

Fransanın “Bezye” reqbi klubunun futbolçusu Lutsobo Makvedini dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı futbolçu komandanın səhər məşqinə qatılıb və məşq zamanı onun vəziyyəti pisləşib. Lutsobo dərhal xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, Makvedini 2025-ci ilin yayından “Bezye”də oynayırdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir