Dənizkənarı Milli Parkda batma təhlükəsində olan şəxs xilas edilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində
1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil
olub.

Bu barədə Nazirlikdən məlumat verilib.




Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
“Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə
əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1961-ci il
təvəllüdlü Hacıyev İlqar Qəzənfər oğlu Dənizkənarı Bulvar
İdarəsinin Mühafizə xidmətinin əməkdaşının iştirakı ilə xilas
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir