
Bakı. Trend:
Çinin aviaşirkətləri güclü “Bavi” tayfunu səbəbindən iyulun
12-də 2,8 mindən çox daxili reysi ləğv etməyi planlaşdırır.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanal sərnişinlərə hava şəraitini və reyslərin statusunu
diqqətlə izləməyi tövsiyə edib.
İyulun 11-i axşam saatlarına olan məlumata görə, əlverişsiz hava
şəraiti səbəbindən Çin aviaşirkətləri 1,3 mindən çox reysi təxirə
salıb.
“Bavi” tayfunu yerli vaxtla saat 23:20-də (Moskva vaxtı ilə
16:20) Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatıb. Tayfunun
Tayçjou şəhəri ərazisində dənizdən quruya çıxışı zamanı küləyin
sürəti saniyədə 40 metr təşkil edib. Çinin şərqində təxminən 2
milyon nəfər təxliyə edilib.

