
Bakı. Trend:
İsrail hərbi qulluqçuları Livanın cənubundakı təhlükəsizlik
zonasına tank əleyhinə raketlər və silah daşıyan iki “Hizbullah”
yaraqlı qrupunu aşkar edib və sonra onlara qarşı hava hücumu təşkil
edib.
Bu barədə İsrail ordusunun (SAXAL) mətbuat xidməti bildirib.
“SAXAL əsgərləri Livanın cənubundakı təhlükəsizlik zonasına tank
əleyhinə raket daşıyan bir neçə “Hizbullah” terrorçusunu aşkar
ediblər. Terrorçular təhlükəsizlik zonasına nəqliyyat vasitəsi ilə
daxil olub və tank əleyhinə raketləri ərazidəki bir tikiliyə
boşaldıblar. Digər “Hizbullah” terrorçuları obyektə daha çox silah
gətirib ora sızdıqdan sonra İsrail Müdafiə Qüvvələri təhlükəni
aradan qaldırmaq üçün hava hücumu təşkil edib”, – deyə açıqlamada
bildirilib.
Qeyd edilib ki, “zərbədən sonra ikinci dərəcəli partlayışlar
qeydə alınıb və bu da strukturun içərisində silahların olduğunu
təsdiqləyib”.

