
Mingəçevir. Trend:
Mingəçevir su anbarında bir nəfərin boğulması ilə nəticələnən
hadisə baş verib.
Trend-in yerli müxbirinin məlumatına görə, hadisə su anbarı
hövzəsində yerləşən çimərlik ərazisində qeydə alınıb.
Belə ki, Tərtər rayon sakini, 24 yaşlı Rəşad Çərkəzli su
anbarında çimərkən boğulub. Onun həyatını xilas etmək mümkün
olmayıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.

