
Bakı. Trend:
Çexiyalı tennisçi Linda Noskova Londonda keçirilən “Uimbldon”
turnirinin qalibi olub.
O, finalda həmyerlisi Karolina Muxovanı məğlub edib. Qarşılaşma
dünya reytinqinin 12-ci sırasında yer alan Noskovanın 2:1 (6-2,
5-7, 6-3) hesablı qələbəsi ilə başa çatıb.
İyirmi bir yaşlı tennisçi əvvəllər heç vaxt bu səviyyəli
turnirdə 1/4 finalı keçə bilməyib.

