
Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın
paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal
qazanıb.
70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı
Bayssanqur Bitmurzayevlə qarşılaşıb. Rəqibinə heç bir şans verməyən
həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu
olub.
Muhəmməd İsmayılov (57 kiloqram), Bəşir Verdiyev (65 kiloqram)
və Fərhad Süleymanlı (97 kiloqram) isə 3-cü yeri tutublar.
Bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Camal Abbasov
(61 kiloqram), Nurlan Ağazadə (74 kiloqram) və Yusif Dursunov (125
kiloqram) finalda, Məhəmməd Abbaszadə (86 kiloqram) və Hüseyn
Məmmədtağızadə (92 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə
qüvvələrini sınayacaqlar.

