
Bakı. Trend:
Futbol üzrə dünya çempionatında Argentina və İsveçrə yığmaları
arasında oyun keçirilib.
“Kanzas Siti” stadionunda keçirilən 1/4 final mərhələsində
Cənubi Amerika təmsilçisi hesabı açıb – 1:0. Oyunun 10-cu
dəqiqəsində Aleksis Makallister fərqlənib.
İkinci hissədə İsveçrə yığması hesabı bərabərləşdirib – 1:1.
Oyunun 67-ci dəqiqəsində Dan Ndoye fərqlənib.
Oyunun əsas hissəsində qalib müəyyənləşməyib. Ayrılmış əlavə
vaxtda, oyunun 112-ci dəqiqəsində Julian Alvarez Argentina
yığmasını irəli çıxarıb – 2:1. Daha sonra oyunun 120+1 dəqiqəsində
Cənubi Amerika təmsilçisi daha bir qələbə qazanıb – 3:1. Argentina
komandasında Lautaro Martines fərqlənib.
Beləliklə, Argentina yarımfinala vəsiqə qazanıb.

