
Bakı. Trend:
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbələr seriyasını başa
çatdırıblar. Bu, son bir həftə ərzində İrana qarşı həyata keçirilən
üçüncü hücum olub.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı
(CENTCOM) məlumat yayıb.
“CENTCOM bu həftə İrana qarşı üçüncü zərbələr mərhələsini başa
çatdırıb”, – deyə komandanlığın X sosial şəbəkəsindəki paylaşımında
bildirilib.
CENTCOM-un bəyanatına görə, hücum İranın Hörmüz boğazında
kommersiya gəmisinə endirdiyi zərbə ilə əlaqədar həyata
keçirilib.
Məlumata əsasən, ABŞ Silahlı Qüvvələri bazar gününə keçən gecə
İranın təxminən 140 hərbi hədəfinə zərbələr endirib.

