ABŞ-nin İrana üçüncü zərbə dalğası başa çatdı

Baş səhifə

Amerika hərbçiləri bu həftə İrana üçüncü zərbələr seriyasını tamamlayıb.

Modern.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə “X” sosial şəbəkəsində bildirib.

“CENTCOM bu həftə İrana üçüncü zərbələr seriyasını tamamladı”, – paylaşımda deyilir.

Komandanlığın məlumatına görə, zərbələr İranın Hörmüz boğazında ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib.

Ümumilikdə, ABŞ hərbçiləri bazar gününə keçən gecə İranda təxminən 140 hərbi hədəfə hücum edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir