Hacıqabulda sərnişin avtobusu aşıb

Baş səhifə

Bakı. Trend:

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Bakı–Qazax magistral avtomobil yolunun Hacıqabul rayonunun
Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.




Zaqatala–Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin
avtobusu idarəetmədən çıxaraq aşıb. Ilkin məlumata görə, hadisə
nəticəsində 30-dan çox sərnişin, o cümlədən azyaşlılar müxtəlif
dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların hadisə yerindən
təcili tibbi yardım briqadalarının köməyi ilə Şirvan və Hacıqabul
rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir