Güləşçimizdən Avropa çempionatında qızıl medal

Baş səhifə

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

Bu barədə Modern.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransa təmsilçisi Bayssanqur Bitmurzayevlə qarşılaşıb.

Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir