Samur-Abşeron kanalında batan var

Baş səhifə

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir