
Bakı.Trend:
Ötən həftə Azeri Light (CIF), Azeri Light (FOB Ceyhan), Dated
Brent və Urals markalı neftin orta qiymətləri artıb.
Trend-in neft
bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara
görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil
edilən Azeri Light (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə
ilə müqayisədə 4,06 ABŞ dolları və ya 5,5 faiz artaraq 77,69 ABŞ
dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal
qiyməti bir barel üçün 82,07 ABŞ dolları, minimal qiyməti isə 73,71
ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta
qiyməti bir barel üçün 74,97 ABŞ dolları təşkil edib ki, bu da
əvvəlki həftənin göstəricisindən 3,81 ABŞ dolları və ya 5,3 faiz
çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 79,41 ABŞ
dolları, ən aşağı qiymət isə 71,15 ABŞ dolları olub.
Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə
2,89 ABŞ dolları və ya 6,9 faiz artaraq bir barel üçün 44,68 ABŞ
dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 49,43 ABŞ
dolları, minimal qiymət isə 40,95 ABŞ dolları olub.
Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 73,94 ABŞ
dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 4,07 ABŞ
dolları və ya 5,8 faiz çoxdur. Həftə ərzində bir barel üçün
maksimal qiymət 78,36 ABŞ dolları, minimal qiymət isə 69,88 ABŞ
dolları olub.
|
Neft/Tarix |
06.07.2026 |
07.07.2026 |
08.07.2026 |
09.07.2026 |
10.07.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$73.71 |
$75.66 |
$82.07 |
$79.09 |
$77.91 |
$77.69 |
|
Azeri Light FOB Ceyhan |
$71.15 |
$72.94 |
$79.41 |
$76.31 |
$75.06 |
$74.97 |
|
Urals (EX NOVO) |
$40.95 |
$42.93 |
$49.43 |
$45.93 |
$44.15 |
$44.68 |
|
Dated Brent |
$69.88 |
$71.87 |
$78.36 |
$75.39 |
$74.20 |
$73.94 |
“Trading Economics” analitiklərinin qiymətləndirmələrinə əsasən,
Brent markalı neftin qiyməti cümə günü əvvəlki sessiyada təxminən 2
faiz ucuzlaşdıqdan sonra bir barel üçün 76 ABŞ dolları səviyyəsində
sabit qalıb.
Bununla belə, etalon Brent markalı neft həftənin əvvəlindən
etibarən təxminən 6 faiz bahalaşmaqda davam edib. Bu artım ABŞ
qüvvələrinin iki gün ardıcıl olaraq İrandakı obyektlərə zərbələr
endirməsindən sonra baş verib. Həmin zərbələr Hörmüz boğazında
gəmilərə qarşı son hücumlara cavab olaraq həyata keçirilib və bunun
ardınca Tehran bölgədəki ABŞ hərbi bazalarına cavab zərbələri
endirib.
ABŞ Prezidenti Donald Tramp da döyüş əməliyyatlarının yenidən
başlamasından sonra müvəqqəti sülh razılaşmasının qüvvədə
olub-olmadığını şübhə altına alaraq, razılaşmanın “artıq qüvvədə
olmadığını” bəyan edib”, – “Trading Economics”in məlumatında
bildirilir.
Məlumatda qeyd olunur ki, bu həftə Hörmüz boğazından keçən gəmi
hərəkətinin intensivliyi əhəmiyyətli dərəcədə azalıb və bazarlar
tranzitin normal səviyyəyə bərpa olunub-olunmayacağını diqqətlə
izləyir.

