Dünya çempionatında 64 ölkə olacaq? 

Baş səhifə

Futbol üzrə dünya çempionatında iştirak edən milli komandaların sayı gələcəkdə 64-ə qədər artırıla bilər.

Modern.az xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino “Blue Sport” portalına açıqlamasında deyib.

FIFA prezidenti Canni İnfantino bildirib ki, turnirin formatının yenidən genişləndirilməsi məsələsi nəzərdən keçiriləcək. O xatırladıb ki, 2026-cı il dünya çempionatında iştirakçıların sayı ilk dəfə 32-dən 48-ə yüksəldilib.

İnfantinonun sözlərinə görə, dünya çempionatında oynamaq arzusu yalnız müəyyən ölkələrə məxsus olmamalı, dünyanın bütün milli komandaları belə bir imkan barədə xəyal qura bilməlidirlər. FIFA rəhbəri 64 komandalı formatın müzakirə olunacağını, lakin hələ yekun qərarın qəbul edilmədiyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir