Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb

Baş səhifə

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1988-ci il təvəllüdlü N. Vəliyevanı yaşadığı evdə elektrik cərəyanı vurub.

Qadın hadisə yerində həyatını itirib. İlkin məlumata görə, qadını elektrik avadanlığından istifadə zamanı cərəyan vurub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir