Banqkokda baş verən yanğında 27 nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Taylandın paytaxtı Banqkokun şimalındakı əyləncə məkanlarından
birində baş verən güclü yanğın nəticəsində 27 nəfər həlak olub.

Bu barədə Taylandın yanğın-xilasetmə xidməti tərəfindən məlumat
verilib.

Hadisə “Na Ladprao” adlı barda yerli vaxtla saat 23:57-də (Bakı
vaxtı ilə 20:57 – red.) baş verib. Həlak olanların 9 nəfəri kişi,
18-i qadındır. Yanğın yarım saat ərzində söndürülüb.




Taylandın baş naziri Anuthin Çanvirakun hadisə yerində
jurnalistlərə açıqlamasında ölənlərin əksəriyyətinin tüstü ilə
zəhərlənərək həyatlarını itirdiyini, daha bir neçə nəfərin isə
xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bildirib.

Polis və məhkəmə-tibbi ekspertiza nümayəndələri faciənin
başvermə səbəblərini araşdırırlar.

Çanvirakunun sözlərinə görə, barda çıxış edən musiqiçi səhnə
yaxınlığındakı elektrik açarının tüstüləndiyini, bundan sonra
partlayışın səsləndiyini və barın tüstüyə büründüyünün şahidi
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir