İranın bir neçə şəhərində partlayışlar baş verib

Baş səhifə

ABŞ-ın bölgəyə endirdiyi zərbələr nəticəsində İranda bir sıra partlayışlar baş verib.

APA xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayışlar Xondab, Əhvaz, Behbahan, Dezful, Omidiyyə və Bəndər-e Mahşəhr şəhərləri yaxınlığında baş verib.

İranın dövlət televiziyası İranın cənubundakı Sirik şəhəri yaxınlığındakı rabitə qülləsinə ziyan dəydiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir