Çilidə yarmarkada avtomobil insanların üzərinə çıxıb, altı nəfər ölüb

Baş səhifə

Çilinin Vina-del-Mar şəhərində avtomobilin yarmarka
ziyarətçilərinin üzərinə çıxması nəticəsində altı nəfər – üç kişi
və üç qadın həlak olub, yeddi nəfər yaralanıb.

Bu barədə “BioBioChile” xəbər portalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, sürücü əvvəlcə başqa avtomobillə
toqquşub, daha sonra idarəetməni itirərək yarmarka köşklərinə
çırpılıb.




Hadisəni törədən şəxs saxlanılıb. Məlumata görə, o, Çili Hərbi
Dəniz Qüvvələrinin hərbi qulluqçusudur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir