Peruda 500-dən çox uşağa Erlinq Holandın adı verilib

Baş səhifə

Bakı. Trend:

Peruda 2026-cı il futbol üzrə dünya çempionatı zamanı 500-dən
çox uşağa Norveç millisinin hücumçusu Erlinq Holandın adı
verilib.

Bu barədə RFİ məlumat verib.




Nəşrin məlumatına görə, hücumçunun 2026-cı il dünya
çempionatındakı çıxışı Cənubi Amerika ölkəsində ona marağın
artmasına səbəb olub. Hazırda Peruda 468 uşağa Holand və 91 yeni
doğulan körpəyə isə Erlinq Holand adı verilib. Bildirilir ki, bu
adlı uşaqların qeydiyyatında sıçrayış Norveçin Braziliya üzərində
2:1 hesablı qələbəsindən sonra baş verib. Həmin oyunda
skandinaviyalı hücumçu dubla imza atıb.

Bundan əlavə, Peruda 3402 nəfər Messi adını daşıyır, onlardan
292 nəfərin tam adı Lionel Messidir. Daha 1185 nəfərə Kriştianu
Ronaldo, 1241 nəfərə Lamin Yamal, 33 809 nəfərə isə Neymar adı
verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir