Asiya fond bazarları həftəyə enişlə başlayıb

Baş səhifə

Asiya-Sakit okean regionunun aparıcı fond indeksləri həftənin ilk ticarət gününə əsasən mənfi dinamika ilə başlayıb.

APA-Economics” xəbər verir ki, Yaponiyanın Nikkei 225 indeksi 1,69% və ya 1 160,66 bənd azalaraq 67397,87 bəndə düşüb. Ölkənin daha geniş bazar göstəricisi olan “TOPIX” isə 0,54% və ya 21,91 bənd geriləyərək 4 014,17 bənd təşkil edib.

Honq-Konqun Hang Seng indeksi 0,14% azalaraq 24 140,92 bəndə, Çinin CSI 300 indeksi isə 1,34% enərək 4 716,67 bəndə düşüb.

Avstraliyanın “S&P/ASX 200” indeksi də 0,17% azalaraq 8790,80 bənd səviyyəsində qərarlaşıb.

Bununla yanaşı, “MSCI AC Asia Pacific” indeksi 0,81% artaraq 271,38 bəndə yüksəlib.

Bazar iştirakçıları ABŞ-da faiz dərəcələrinin uzun müddət yüksək səviyyədə qala biləcəyi ilə bağlı gözləntiləri, həmçinin qlobal ticarət siyasəti və geosiyasi riskləri qiymətləndirdikləri üçün Asiya fond bazarlarında satışlar üstünlük təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir