
Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) iyulun
12-də İrana qarşı yeni hücum zərbələri dalğasını başa çatdırıb.
Bu barədə Mərkəzi Komandanlıq “X” sosial şəbəkəsində
bildirib.
“Dəqiq idarə olunan sursatlardan istifadə edilməklə müxtəlif
məkanlarda yerləşən onlarla hədəfə zərbələr endirilib. Məqsəd
İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə hücumlarını
davam etdirmək imkanlarını zəiflətmək olub.
CENTCOM qüvvələri ABŞ qırıcı təyyarələri, hərbi dəniz gəmiləri,
birdəfəlik hücum tipli pilotsuz uçuş aparatları və ilk dəfə olaraq
birdəfəlik hücum tipli dəniz dronlarından istifadə etməklə İranın
hava hücumundan müdafiə sistemlərini, sahil radar məntəqələrini,
raket və pilotsuz aparat imkanlarını, eləcə də kiçik qayıqlarını
hədəfə alıb.
Hörmüz boğazı qlobal ticarət üçün həyati əhəmiyyət daşıyan mühüm
dəniz dəhlizidir. İran bu boğaza nəzarət etmir.
ABŞ qüvvələri İranın davam edən əsassız təcavüzü, təzyiqləri,
təhdidləri və özbaşına bəyanatlarına baxmayaraq, kommersiya
gəmiçiliyi üçün naviqasiya azadlığının qorunmasını təmin etmək
məqsədilə hazır vəziyyətdədir”, – deyə məlumatda bildirilir.

