
Şuşa.Trend:
Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir və düşünürük ki,
ölkəni ortasəviyyəli güc kimi xarakterizə edən meyarların
müəyyənləşdirilməsi mümkündür.
Bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun
açılışında səsləndirib.
“Mənim fikrimcə, terminologiya ilə belə demək olar ki, bu,
ölkənin potensialının etiraf edilməsidir, onun öz milli maraqlarını
müdafiə etmək bacarığının müəyyən edilməsidir”, – deyə dövlətimizin
başçısı bildirib.

