Aİ Ermənistanda yeni missiya yaradacaq

Baş səhifə

Bakı.Trend:

Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçiriləcək
görüşdə Ermənistan üçün “hibrid təhdidlər” adlandırılan risklərlə
mübarizə üzrə Aİ missiyasının yaradılmasını təsdiqləyəcəklər.

Bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə
Ali nümayəndəsi Kaya Kallas Aİ ölkələrinin xarici işlər
nazirlərinin görüşünə gələrkən bildirib.




“Xarici işlər nazirləri Ermənistanla tərəfdaşlıq çərçivəsində
yeni missiyanın yaradılmasını razılaşdıracaqlar. Bu missiya onların
üzləşdiyi hibrid təhdidlərlə mübarizə aparacaq”, – deyə Kallas
bildirib.

Brüsselin bəyanatlarında “hibrid təhdidlərlə mübarizə” ifadəsi
Rusiyanın təsirinə qarşı fəaliyyət göstərilməsi mənasını daşıyır.
Aİ-nin analoji missiyaları Ukrayna və Moldovada da fəaliyyət
göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir