
Şuşa. Trend:
Onlar (ABŞ rəhbərliyi – red.) dərk edirdilər ki, Zəngəzur
dəhlizi vacib layihədir, çünki bu, Azərbaycanı onun Naxçıvan
bölgəsi ilə birləşdirəcək.
Bu fikri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun
açılışında səsləndirib.
“Onlar çox səmərəli şəkildə işlədilər, həmçinin Ermənistana da
izah etdilər ki, bu sülh Ermənistana da lazımdır. Təbii ki, Ağ Evdə
tarixi görüş zamanı mən Prezident Tramp və Ermənistanın Baş naziri
üçtərəfli bəyanata imza atdıq. Eyni zamanda, iki ölkənin xarici
işlər nazirləri də sülh sazişini parafladılar”, – deyə dövlətimizin
başçısı vurğulayıb.

