TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Baş səhifə

Bakı.Trend:

TƏBİB və “Azerconnect Group” arasında vətəndaşlara göstərilən
tibbi xidmətlərin operativliyinin artırılması və müasir texnoloji
həllərin tətbiqi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanmış müqaviləyə əsasən “103” Çağrı Mərkəzinin texnoloji
imkanlarının genişləndirilməsi, təcili və təxirəsalınmaz tibbi
yardım xidmətinin səmərəliliyinin artırılması məqsədilə süni
intellekt əsaslı təkmilləşdirilmiş naviqasiya həllərinin tətbiqi
baş tutacaq. Həmçinin tərəfdaşlıq çərçivəsində vətəndaş
çağırışlarının yerinin məkan üzrə daha dəqiq müəyyən edilməsi,
təcili tibbi yardım briqadalarının hərəkətinin optimallaşdırılması
və hadisə yerinə çatma müddətinin daha effektiv idarə olunmasına
imkan yaradan texnoloji həllərin icrası planlaşdırılır.

TƏBİB-in İcraçı direktoru Anar Bayramov qeyd edib ki, sözügedən
müqavilə vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin
artırılmasına və nəticədə vətəndaş məmnuniyyətinin yüksəldilməsinə
yönəlib: “Məqsədimiz təcili və təxirəsalınmaz tibbi yardım
xidmətinin müasir tələb və çağırışlara uyğun inkişafını təmin
etməklə vətəndaşlara daha operativ tibbi yardım göstərməkdir. Bu
istiqamətdə həyata keçirilən rəqəmsal transformasiya tədbirləri
resurslardan səmərəli istifadəyə, təcili tibbi yardım
komandalarının koordinasiyasının daha da təkmilləşdirilməsinə və
hadisə yerinə çatma müddətinin azaldılmasına xidmət edəcək.
“Azerconnect Group” ilə əməkdaşlıq da məhz bu strateji inkişaf
xəttinin mühüm tərkib hissəsidir”.




“Azerconnect Group”un baş direktoru Emil Məsimov isə əməkdaşlıq
çərçivəsində tətbiqi nəzərdə tutulan yeni nəsil texnoloji həllərin
tibbi xidmətlərin daha çevik və vətəndaşyönümlü təşkilinə mühüm
töhfə verəcəyini bildirib: “Qrup şirkətlərimizdə geniş əhali
kütləsinə telekommunikasiya, internet və digər rəqəmsal xidmətlərin
təqdim edilməsi üzrə uzun illərdən bəri ciddi təcrübə
formalaşmışdır. İnanıram ki, yüksəkkeyfiyyətli xidmətlərin təqdim
olunması və ən yeni texnoloji həllər tətbiqində qazandığımız bu
zəngin təcrübə TƏBİB ilə əməkdaşlığımıza xüsusi dəyər qatacaq”.

Qeyd edək ki, tərəflər “103”ə daxil olan səsli zənglərin
avtomatik təhlili, istifadəçi davranışlarına uyğun xidmət və
məlumatların təqdim olunması, eləcə də digər innovativ həllərin
tətbiqi istiqamətində də əməkdaşlıq edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir