ABŞ-İran münaqişəsi ilə əlaqədar Avropanın fond birjaları tənəzzül edir

Baş səhifə

Bakı.Trend:

ABŞ və İran arasında hərbi qarşıdurmanın kəskinləşməsi, eləcə də
Tehranın Hörmüz boğazını bağlaması nəticəsində investorlar arasında
narahatlığın artması fonunda ötən həftə qeydə alınan ciddi
itkilərdən sonra Avropa fond bazarları həftəyə enişlə başlayıb.

Ümumavropa “STOXX 600” indeksi Qrinviç vaxtı ilə saat 07:02-yə
olan (Bakı vaxtı ilə 11:02) məlumata görə 0,3 faiz azalaraq 639,29
bənd təşkil edib.




Münaqişənin yenidən alovlanması ötən ay ABŞ və İran arasında
əldə edilmiş, Hörmüz boğazında gəmiçiliyin bərpasını və gələcək
danışıqlara zəmin yaradılmasını nəzərdə tutan razılaşmanın taleyi
ilə bağlı yeni suallar yaradıb.

Neftin qiyməti 4 faizdən çox artıb ki, bu da “STOXX 600”
indeksində enerji sektorunun səhmlərinin 1,6 faiz bahalaşmasına
səbəb olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir