Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda növbəti tədris ili üçün məktəbəhazırlıq qruplarına
qəbulun vaxtı açıqlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat
xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına
qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə
tutulur.

“Qeydiyyat ilə bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar
yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq”, – mətbuat xidmətinin
məlumatında bildirilib.




Qeyd edilib ki, valideynlərdən qəbul prosesi ilə bağlı
yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə
izləmələri tövsiyə olunur.

Xatırladaq ki, ötən tədris ilində 86 min 532 uşaq
məktəbəhazırlıq qruplarında təlim-tədrisə cəlb edilib.
Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq
qrupundan avtomatik olaraq I sinfə keçirilib. 2026-2027-ci tədris
ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin son
məlumatlarına əsasən artıq 115 min nəfərdən çox yaxın uşağın
birinci sinfə qəbulu tamamlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir