
Bakı. Trend:
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə
obyektlərinə çıxış əldə etməsi ilə razılaşmayacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai
bu gün (13 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru
Rafael Qrossinin İranın nüvə obyektlərinə çıxış əldə etməsi ilə
əlaqədar müarciəti ilə razılaşmayacaq”, -deyə o qeyd edib.
Hörmüz boğazı ilə əlaqədar proseslərə diqqət çəkən Bəqai
bildirib ki, region ölkələri öz aralarında məsləhətləşməklə və
əcnəbi ölkələrin müdaxiləsi olmadan kollektiv təhlükəsizlik
mexanizmlərini tənzimləyə bilərlər. İranın Hörmüz boğazı ilə
əlaqədar mövqeyi tamamilə şəffaf şəkildə bəyan olunub.
“İran Hörmüz boğazının İranın milli təhlükəsizliyini hədələyən
məkana çevrilməsinə icazə verməyəcəyinin vacibliyini qeyd edib.
Eyni zamanda boğazdan keçən gəmilərin təhlükəsizliyini təmin etmək
üçün məsuliyyətli şəkildə səy göstərib”, – deyə o qeyd edib.
Bəqai əlavə edib ki, İran heyətinin Omana səfərində iki
sahilyanı ölkə olaraq İran və Oman arasında Hörmüz boğazı ilə
əlaqədar müzakirə aparılıb və başqa heç bir məsələ haqda danışıqlar
olmayıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranın hərbi hava
hücumları nəticəsində vurulan nüvə obyektlərinə baxış keçirmək üçün
səylər göstərir.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan
və Qətərin vasitəçiliyi ilə baş tutub.

