Azərbaycan beynəlxalq dialoq üçün qlobal platformaya çevrilib (Eksklüziv)

Baş səhifə

Şuşa. Trend

Azərbaycan qısa müddət ərzində müxtəlif hərəkatlar, təşkilatlar
və kütləvi informasiya vasitələri arasında qlobal dialoq üçün mühüm
beynəlxalq platformaya çevrilib.

Bunu Trend-ə IV Şuşa Qlobal Media Forumunun kuluarlarında
Beynəlxalq Sikh Federasiyasının hüquq məsləhətçisi Virrinq Prabjot
Sikh bildirib.

“Azərbaycan çox qısa zamanda dünyanın müxtəlif bölgələrindən,
xüsusilə də Qlobal Cənub ölkələrindən olan müxtəlif hərəkatlar,
təşkilatlar və əlbəttə ki, media nümayəndələri arasında qlobal
kommunikasiya və dialoq mərkəzinə çevrilib”, – deyə o qeyd
edib.

Beynəlxalq Sikh Federasiyasının nümayəndəsi Şuşa haqqında
danışarkən şəhərin zəngin mədəni irsinin onda böyük təəssürat
yaratdığını vurğulayıb.

“Şuşanın mədəni abidələrini ziyarət etmək, eyni zamanda
münaqişənin izlərini görmək və şəhərin tarixini öyrənmək çox
dəyərlidir. Yerli icmanın dayanıqlığını və insanların öz doğma
torpaqlarına necə qayıda bildiyini görmək də olduqca vacibdir”, –
deyə P. Sinqh əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir