Rusiya xarici işlər nazirinin Tehrana səfəri planlaşdırılır – Bəqai

Baş səhifə

Bakı. Trend:

Rusiya xarici işlər naziri Sergey Lavrovun Tehrana səfəri
planlaşdırılır.

Bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu gün (13 iyul)
Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya xarici işlər nazirinin Tehrana
səfərinin vaxtı hələlik müəyyənləşməyib. Müəyyənləşdikdən sonra
tarixi elan olunacaq.




İran rəsmisi sözügedən səfərin detalları haqda əlavə məlumat
verməyib.

İran və ABŞ arasında müzakirələrə diqqət çəkən Bəqai qeyd edib
ki, proseslər çox sürətli şəkildə baş verir. İran bir nöqtədə
dayana bilməz. Ölkənin mənafeyinin təmin olunmasına kömək etmək
üçün ən yaxşı formatı seçməyə səy göstərilir. İran lazım olduğu
yerdə hərbidən, lazım olduğu yerdə diplomatiyadan istifadə
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir