Hörmüz boğazı əvvəlki statusuna qaytarılmalıdır – Kallas

Baş səhifə

Bakı. Trend:

Hörmüz boğazı əvvəlki statusuna qaytarılmalıdır.

Bunu Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali
Nümayəndəsi Kaya Kallas bildirib.

Onun sözlərinə görə, Aİ rəsmiləri regiondakı təhlükəsizlik
məsələlərini müzakirə etmək üçün Körfəz ölkələri ilə görüş
keçirəcəklər.




Kallas İran ilə ABŞ arasında əldə olunmuş müvəqqəti razılaşmanın “faktiki olaraq işləmədiyini” qeyd edərək deyib ki, Aİ xarici işlər
nazirləri Hörmüz boğazının yenidən açılması və sərbəst gəmiçiliyə
hörmət edilməsinin vacibliyi, həmçinin həmin marşrut üzrə
naviqasiya üçün heç bir rüsum və ya ödəniş tətbiq edilməməsi ilə
bağlı hansı mesajları verə biləcəklərini müzakirə edəcəklər.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir