Rəşad Nəbiyev Xaçmazda vətəndaşları qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 17 iyul
2026-cı il tarixində saat 09:00-da Xaçmaz şəhərində yerləşən Tarix
Diyarşünaslıq Muzeyində Quba, Qusar və Xaçmaz rayonlarının
sakinlərini qəbul edəcək.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat,
telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt
xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı
vətəndaşları dinləyəcək.




Qəbula 16 iyul 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu
([email protected]),
010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli
telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda iyul ayı üzrə
vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir