ABŞ Hörmüzü öz nəzarətinə götürəcək – Tramp

Baş səhifə

Bakı.Trend:

ABŞ böyük ehtimalla, Hörmüz boğazını öz nəzarətinə
götürəcək.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına
telefonla verdiyi müsahibədə deyib.




“Biz boğaza nəzarəti öz üzərimizə götürəcəyik və yəqin ki, onu
idarə edəcəyik. Biz Hörmüz boğazının mühafizəçisinə çevriləcəyik.
Bəlkə də buna “boğazın qoruyucu mələyi” deyəcəyik və buna görə bizə
haqq ödənilməlidir”, – deyə o, Fox News telekanalına telefon
müsahibəsində bildirib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin
pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib.
Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi
obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də,
Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər
ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini
qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi
yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir