Hava yenidən dəyişir: Leysan, şimşək və dolu gəlir

Baş səhifə

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, iyulun 14-dən həftənin sonunadək ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağıntılı hava şəraiti müşahidə olunacaq.

Ayrı-ayrı ərazilərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir.

Bildirilib ki, yağıntılarla əlaqədar bəzi dağ çaylarında sululuğun artacağı da proqnozlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir