D-8-in Baş katibi Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışıb

Baş səhifə

IV Şuşa Qlobal Media Forumu media sahəsində qlobal əməkdaşlığın inkişafı üçün mühüm platformadır.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu D-8-in Baş katibi Sohail Mahmud IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı zamanı deyib.

Baş katib Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

“Bu forum siyasətçiləri, media rəhbərlərini, akademikləri və jurnalistləri bir araya gətirərək günümüzün ən aktual məsələlərinin müzakirəsi üçün mühüm platforma yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə və D-8 Media Mükəmməllik Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürümü bildirirəm”, – Baş katib qeyd edib.

O, həmçinin Prezidentin köməkçisi Hikmət Hacıyevin D-8 çərçivəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək, bunun təşkilatın media sahəsində fəaliyyətinin genişlənməsinə mühüm dəstək verdiyini vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir